Ukraynalı uşaqların doqquzuncu qrupu - hərbi əsirlərin, itkin düşmüş şəxslərin və Ukraynanın həlak olmuş müdafiəçilərinin uşaqları reabilitasiya məqsədilə Azərbaycana gətirilib.
Bizim.Media haqqin.az-a istinadən xəbər verir ki, uşaqları Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev və “Ukrayna-Azərbaycan” parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Əlibala Məhərrəmzadənin rəhbərlik etdiyi, səfirliyin əməkdaşlarından ibarət nümayəndə heyəti qarşılayıb.
Uşaqlar Quba şəhərindəki sanatoriyada reabilitasiya keçəcək, Azərbaycan mədəniyyətinin gözəlliklərini kəşf edə, Bakının görməli yerlərini ziyarət edə biləcəklər.
Qeyd edək ki, ukraynalı uşaqların Azərbaycana səfərləri ölkələrimiz arasında ikitərəfli əlaqələri möhkəmləndirməklə yanaşı, uşaqlara Azərbaycan xalqının zəngin mədəniyyəti ilə tanış olmaq üçün unikal imkan yaradır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:02 / 15.04.2025
Ukraynadan ölkəmizə reabilitasiya üçün 29 uşaq GƏTİRİLDİ - VİDEO
Hazırda oxunan: Ukraynadan ölkəmizə reabilitasiya üçün 29 uşaq GƏTİRİLDİ - VİDEO
Hazırda oxunan: Ukraynadan ölkəmizə reabilitasiya üçün 29 uşaq GƏTİRİLDİ - VİDEO
244161
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.