Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq “Bakı-Siyəzən” şəhərlərarası, 105 və 216 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqənin qaliblərini müəyyən edib.
AYNA-dan Bizim.Media-ya bildirilib ki, “Bakı-Siyəzən” marşrutu üzrə fiziki şəxs Qurbanov Ariz Məmmədhüseyn oğlu, 105 nömrəli şəhərətrafı (C.Naxçıvanski küçəsi – Balaxanı qəsəbəsi) marşrut üzrə hüquqi şəxs “Bus Service” MMC, 216 nömrəli şəhərətrafı (“Koroğlu” metrostansiyası – Balaxanı qəsəbəsi) marşrut üzrə hüquqi şəxs “General Auto Company” komissiya üzvləri tərəfindən qalib elan olunublar.
Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:00 / 14.04.2025
Bir neçə avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri BİLİNDİ
Hazırda oxunan: Bir neçə avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri BİLİNDİ
Hazırda oxunan: Bir neçə avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri BİLİNDİ
244141
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.