“İndi də istəsəm, üzdə qala bilərəm. Verilişlərə çıxanda görürəm ki, müğənni dostlarımın mənə sevgisi var. Bunu hiss edirəm. Bəlkə də həmişə onlarla aram yaxşı olub, həmişə hörmətlə yanaşmışam. Xüsusilə də insanın yaşı və sənəti məndən yüksəkdirsə, böyük hörmət bəsləyirəm. Əgər məndən 1 il də sənəti böyük olsa, hörmətlə yanaşıram”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Günə bax” verilişində aktrisa Pərvin Abıyeva deyib.
Pərvin bildirib ki, istəsə yenidən gündəmə gələ bilər:
“Diqqəti özümə hər zaman cəlb edə bilirəm. Azərbaycanda edə biləcəyimizin pik həddinə çatmışıq. Bizi 7-dən 77-ə hər kəs tanıyır. Nadir hallarda tanımayan olar. İndi dincəlmək dövründəyəm. Fikirləşirəm ki, Azərbaycanda nə edə bilərəm? Filmə əvvəlki diqqət də yoxdur.
Ulduzumun parıldadığı dövrdə istər Azərbaycanda, istər Türkiyədə filmlərə çəkilirdim, yaxşı işlərim var idi.
Hazırda yoxdur. Olanlarda da özümə dəyər verdiyim üçün yoxam. Mənim üçün yenidən gündəmə gəlmək bir sözümə baxar. Kiməsə, ya da nəyəsə, harasa qarşı bir kəlmə desəm, həmin gün gündəmdəyəm”.
Sara, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:35 / 14.04.2025
“Bir sözümlə gündəmə gələ bilərəm”
Hazırda oxunan: “Bir sözümlə gündəmə gələ bilərəm”
Hazırda oxunan: “Bir sözümlə gündəmə gələ bilərəm”
244136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.