BİZİM TƏQVİM: Aprelin 15-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Aprelin 15-də baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: Aprelin 15-də baş vermiş tarixi hadisələr

244099

1917-ci ilin bu günündə Bakıda Qafqaz müsəlmanlarının qurultayı işə başlayıb. Qurultay Rusiyada çarizmin süqutundan (Fevral inqilabı) sonra azərbaycanlıların milli istiqlal məramının bəyan olunması yönündə ilk cəhd idi. Qurultayda Məhəmmədəmin Rəsulzadə (“Müsavat”), hümmətçi-bolşeviklərdən Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Həmid Sultanov məruzələrlə çıxış ediblər. Qurultay Peterburqdakı Müvəqqəti Hökumətin tanınması, Rusiyanın demokratik və federativ əsasda yenidən qurulması, Qafqaz müsəlmanlarının muxtariyyətinin təmin olunması barədə qərar qəbul edib.

Bəs, aprelin 15-də dünyada daha hansı hadisələr baş verib?

1. 15 aprel 1395-ci ildə Terek çayının sahilində (Dağıstan) əmir Teymurun qoşunları ilə Qızıl Orda hökmdarı Toxtamışın qoşunları arasında döyüş birincinin qələbəsi ilə başa çatıb. Bu zəfərin əldə olunmasında Teymurilər dövlətinin müttəfiqi olan Şirvanşah I İbrahimin və Şəki hakimi Seyid Əlinin qoşunları da iştirak ediblər.

2. 15 aprel 1755-ci ildə Londonda Samuel Consona aid "İngilis dili lüğəti" nəşr edildi.

3. 15 aprel 1795-ci ildə Litva Rusiya İmperiyasına birləşir.

4. 15 aprel 1906-cı ildə Bakıda Azərbaycan dilində ilk uşaq jurnalı çap olunub. Jurnal Dəbiristan adlanırdı. Jurnalda dövrün tanınmış ziyalıları Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli və başqaları həmin jurnalla yaxından əməkdaşlıq ediblər.

5. 1920-ci ilin bu günündə Xalq Cümhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyski XI rus ordusunun Azərbaycan sərhədləri yaxınlığında (Dərbənd) toplanmasına aydınlıq gətirilməsi tələbi ilə Rusiya XİN başçısı Çiçerinə nota göndərib. Lakin Çiçerin bu notaya əhəmiyyət vermədi. Bu arada Cümhuriyyət hökumətində ixtilaf dərinləşməkdə idi. Hökuməti tərk etmiş “İttihad” və sosialistlərin ardınca aprelin 15-də “Əhrar” partiyası da koalisiyadan çıxıb.

6. 15 aprel 1924-cü ildə Rand Maknelli ilk yol (avtomobil yolları üçün) atlasını nəşr etdirir.

7. 15 aprel 1926-cı ildə "American Airlines"ə aid ilk təyyarə uçuş həyata keçirdi.

8. 15 aprel 1970-ci ildə Yaponiyada ilk elektron kalkulyator hazırladılar.

9. 15 aprel 1989-cu ildə Mingəçevirə ilk dəfə trolleybus təsis edilib.

10. 15 Aprel Ümumdünya İncəsənət Günüdür . Bu əlamətdar gün UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında (12-27 noyabr 2019-cu il) təsis olunub. UNESCO bayrağı altında qeyd olunan bu gün incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etmək məqsədi daşıyır.

11. 15 aprel Ekoloji Biliklər Günüdür. 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin ətraf mühitin problemlərinin müzakirə olunduğu konfransında bəşəriyyətin davamlı inkişafı üçün dünyanın bütün ölkələrinin əhalisinin ekoloji təhsilinin böyük əhəmiyyəti vurğulanıb. Bu günün təsis olunmasının əsas məqsədi ekoloji biliklərin yayılması və əhalinin ekoloji mədəniyyətinin formalaşması, ekoloji təhlükəsizlik sahəsində görülən işlər və ətraf mühitin vəziyyəti haqqında ictimaiyyətin məlumatlandırılmasıdır.

12. 15 aprel - Beynəlxalq Mədəniyyət Günüdür. Beynəlxalq mədəniyyət gününün təsis olunması 1935-ci il aprelin 15-də Vaşinqtonda imzalanmış "Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” müqavilə ilə bağlıdır. 2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya, Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin dünya bayrağı altında Ümumdünya mədəniyyət günü kimi təsdiqi üçün beynəlxalq hərəkat yaradılıb.

16. 15 aprel 1992-ci ildə Azərbaycan Respublikası Fələstin ilə diplomatik əlaqələr qurmuşdur.

Aprelin 15-də bu şəxsiyyətlər xatırlanır.

1. 15 aprel 1865-ci ildə ABŞ-ın 16-ci prezidenti (1861-1865) Avraam Linkoln sui-qəsd nəticəsində öldürülüb (1809-1865). O, ABŞ-ın iki hissəyə parçalanması və vətəndaş müharibəsi dövründə ölkəyə rəhbərlik edib, ABŞ-da quldarlığın ləğvini təmin edib.

2. 15 aprel 1905-ci ildə memar, memarlıq tarixçisi Sadiq Dadaşov (1905-1946) anadan olub. Nizami adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin binasının və s. tikililərin layihələşdirilməsində iştirak edib.

3. 15 aprel 1907-ci ildə tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının ilk sədri İsmayıl Axundov (1905 - 13.9.1969) anadan olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb. «Koroğlu» operasının ilk geyim eskizlərinin yaradılmasında iştirak edib.

4. 15 aprel 1985-ci ildə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva vəfat edib (1923-1985).  Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadənin öyrənilməsinə həsr edib.

5. 15 aprel 1892-ci ildə nasir, tərcüməçi Əli Səbri (Əli Camal oğlu Qasımov; 1892 - 19.2.1983) anadan olub.

6. 15 aprel 1912-ci ildə şair, publisist Əkbər Məftun (Əkbər Qurban oğlu Əkbərov; 1912-1990) anadan olub.

7. 15 aprel 1928-ci ildə Cənubi Azərbayan şairi Səhənd (Bulud Qaraçorlu Səhənd, 1928-1979) Marağa şəhərində doğulub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO