Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, xəbərdarlığa əsasən, aprelin 15-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi aprelin 17-si gündüz saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün isə 2.0-3.0 m, sonrakı inkişafda isə 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:52 / 14.04.2025
GƏMİLƏRƏ XƏBƏRDARLIQ: Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq
Hazırda oxunan: GƏMİLƏRƏ XƏBƏRDARLIQ: Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq
Hazırda oxunan: GƏMİLƏRƏ XƏBƏRDARLIQ: Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq
244057
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.