İctimaiyyətdə müzakirə olunan məsələlərdən biri də yollarda olan sıxlıqla bağlıdır. Belə ki, bir çoxları tıxacın yaranmasında sabiq nəqliyyat naziri Ziya Məmmədovu günahlandırır. Deyirlər ki, onun nazir olduğu dövrdə görülən işlərə nəzarət olmayıb.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az Ziya Məmmədovla əlaqə saxlayıb.
O, deyilənlərin əsassız olduğunu bildirib:
“Onu deyən adamlar ağıllarını bir az dərindən işlətsələr, onları düşündürən sualın cavabını mütləq tapacaqlar. Deyilənlər cəfəngiyatdır. Ağıllarını işə salıb görsünlər ki, kimin zamanında hansı işlər görülüb”.
Sabiq nazir paytaxta olan tıxacın səbəbi barədə məsələyə bu cür aydınlıq gətirib:
“Bakı şəhərinin tikintiləri küçələrin tələb olunan səviyyədə genişlənməsinə imkan vermir. Digər tərəfdən də Azərbaycana daxil olan nəqliyyat vasitələrinin müqayisəsinə baxmaq lazımdır. Bunları müqayisə edəndə sualın cavabı da tapılacaq. Ölkə başçısının qərarı ilə mən çalışdığım zamanlarda Bakıda işlər görülməsəydi, bu gün paytaxt nəqliyyat baxımından ümumiyyətlə iflic vəziyyətinə düşərdi. Görülən işlərin miqyasına nəzər yetirsinlər. Məni tənqid edənlər məsələni araşdırdıqdan sonra gedib, ağıllarını inkişaf etdirsinlər”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:25 / 14.04.2025
Ziya Məmmədov ƏSƏBİLƏŞDİ: "Ağıllarını işlətsinlər"
Hazırda oxunan: Ziya Məmmədov ƏSƏBİLƏŞDİ: "Ağıllarını işlətsinlər"
Hazırda oxunan: Ziya Məmmədov ƏSƏBİLƏŞDİ: "Ağıllarını işlətsinlər"
243992
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.