Biləsuvar-Bəhrəmtəpə magistral yolunun Nəsimikənd kəndi ərazisində bir neçə gün əvvəl baş vermiş yol-nəqliyyat hadisəsində ağır xəsarət alan piyada bu gün dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, aprelin 7-də günorta saatlarında hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun sürücüsü — Bəydili kənd sakini Tofiq Əliyev qəfil yolun ortasına çıxan iribuynuzlu heyvandan yayınmağa çalışıb.
Nəticədə nəqliyyat vasitəsini yolun sağ tərəfinə yönəldən sürücü, həmin an kənarda telefonla danışaraq hərəkət edən piyadanı — 2005-ci il təvəllüdlü Rəşad Rauf oğlu Əkbərovu vurub.
Qəza nəticəsində ağır kəllə-beyin travması alan Rəşad Əkbərov dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, bir neçə gün həkimlərin nəzarəti altında reanimasiya şəraitində saxlanılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Rəşad Əkbərov hərbi xidmətdən yeni qayıtmışdı.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
08:43 / 14.04.2025
Hərbi xidmətdən yeni qayıdan gənc qəzada HƏYATINI İTİRDİ - FOTO
Hazırda oxunan: Hərbi xidmətdən yeni qayıdan gənc qəzada HƏYATINI İTİRDİ - FOTO
Hazırda oxunan: Hərbi xidmətdən yeni qayıdan gənc qəzada HƏYATINI İTİRDİ - FOTO
243981
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.