Ağdamda VAZ markalı avtomobillər toqquşub, hər iki sürücü ağır xəsarət alıb.
Bizim.media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Bənövşələr qəsəbəsi ərazisində baş verib.
Beləki, hərəkətdə olan VAZ-21011 markalı 02 BB 272 dövlət nömrə nişanlı minik maşını qarşıdan gələn VAZ-21015 markalı 02 BU 095 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Nəticədə hər iki avtomobilin sürücüsü ağır xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları sürücüləri Ağdam Mərkəzi Rayon Xəstəxanasına aparıb.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu