Ucarda zəncirvari qəza olub. Nəticədə 4 nəfər xəsarət alıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun H. Əliyev prospektində baş verib.
Belə ki, prospektdə hərəkətdə olan "VAZ-2106", "VAZ-2107" və "FORD" markalı avtomobillərin toqquşması nəticəsində Ucar rayon sakinləri - 46 yaşlı Gülbəniz Eldar qızı Seyfullayeva, bacısı, 53 yaşlı Aybəniz Eldar qızı Məmmədova, 27 yaşlı Hüseyin Bəxtiyar oğlu Xəlilov və Göyçay rayon sakini, 61 yaşlı İntizam Kərim oğlu İsmayılov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Fakt araşdırılır.
Bizim.Media,Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
14:55 / 13.04.2025
Ucarda zəncirvari qəza: Xəsarət alanlar var - FOTO
Hazırda oxunan: Ucarda zəncirvari qəza: Xəsarət alanlar var - FOTO
Hazırda oxunan: Ucarda zəncirvari qəza: Xəsarət alanlar var - FOTO
243906
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.