Ermənistandan Qarabağa üçüncü magistral yol çəkilir -Kəlbəcərdə yeni şəhərcik salınacaq...

Ermənistandan Qarabağa üçüncü magistral yol çəkilir -Kəlbəcərdə yeni şəhərcik salınacaq...

Hazırda oxunan: Ermənistandan Qarabağa üçüncü magistral yol çəkilir -Kəlbəcərdə yeni şəhərcik salınacaq...

243889
Işğalçı Ermənistan Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonlarının qanunsuz məskunlaşdırılmasına xüsusi diqqət yetirir.xa0

Moderator.az xəbər verir ki, bu, Xankəndindəki separatçı rejimə mənsub nəşrlərin yaydığı məlumatdan bəlli olur.xa0 Oktyabrın 15-də Livanda fəaliyyət göstərən “ARİ”(“Artsax Ruts İnvestment”) investisiya təşkilatının nümayəndələrixa0 qondarma separatçı rejimin “dövlət naziri” hesab edilənxa0 Qriqori Martirosyan adlı məxluqla görüşərək ona planlarından bəhs ediblər.

Həmin görüşdə əsas məsələ Kəlbəcər, Laçın yollarından başqa üçüncü yolun çəkilməsini və artıq işə başlandığını qeyd ediblər. Ermənistan-Artsax üçüncü yolu Araz çayı boyu çəkiləcəyi nəzərdə tutulur.

Bundan başqa, əsasən xaricdən gəlmiş erməni iş adamları Laçının Zabux kəndi ərazisində salınan “Aqavno”xa0 qəsəbəsində yeni evlərin tikintisinixa0 davam etdirəcək.xa0

Artıq 2014-cü ildən bəri orada 50 ev tikilib və bir neçə aya daha 20 evin tikintisi haqda danışıqlar gedir. Bundan başqa, separatçı məmurlara Kəlbəcər rayon mərkəzi yaxınlığında 50 evin tikintisi barədə də sənədlər təqdim edilib. Yeni şəhərcik avstraliyalı ermənilərin dəstəyi ilə tikiləcəyindən adının “Sidney” qoyulması təklif edilib.xa0

Görüşdə son illər “Şaumyan”(Kəlbəcər və Ağdərə rayonunun bir hissəsi) və “Kaşataq” (Laçın, Qubadlı, Zəngilan və Cəbrayılın bir hissəsi) “rayon”larında demoqrafik inkişafın baş verdiyi vurğulanıb.

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO