Şəki şəhər icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovun 70 illik yubileyi və təqaüdə çıxması ilə bağlı yolasalma mərasimi keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1998-ci ildən bu vəzifədə çalşan Həsən Həsənovun bu gün, yəni aprelin 13-də 70 yaşı tamam olur.
Bu münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş tədbirdə rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyası Şəki rayon Təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, zilalılar iştirak ediblər.
Uzun illər dövlət qulluğunda səmərəli fəaliyyət göstərən Həsən Həsənovun həyatı və fəaliyyəti ilə bağlı video çarx nümayiş olunub, Həsən Həsənovla bağlı çıxışlar edilib.
Hələlik birinci müavin vəzifəsinə təyinat yoxdur.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu