Deputatdan şəhid ailələri ilə bağlı sahibkarlara MÜHÜM ÇAĞIRIŞ

Deputatdan şəhid ailələri ilə bağlı sahibkarlara MÜHÜM ÇAĞIRIŞ

Hazırda oxunan: Deputatdan şəhid ailələri ilə bağlı sahibkarlara MÜHÜM ÇAĞIRIŞ

24384

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Məşğulluq marafonu”na start verib. Məqsəd 44 günlük Vətən Müharibəsi qaziləri və şəhid ailələrinin məşğulluğunu təmin etməkdir”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən komitə sədri Musa Quliyev deyib. 

Deputat bu gün Azərbaycanda minlərlə sahibkarlıq subyektinin, dövlət qurumunun olduğunu əsas gətirərək çox vacib müraciət edib:

“Hər müəssisə 2-3 şəhid ailəsi, Qarabağ qazisini işə götürərsə, şəhid ailələri və Qarabağ qazilərin işsizliyi ilə bağlı problem həllini tapar. Mən nazirlik və komitə rəhbərləri, sahibkarları, Türkiyə-Azərbaycan İş Adamları Birliyini, Azərbaycan-ABŞ ticarət palatalarını  bu prosesə, bu təşəbbüsə dəstək verməyə çağırıram. Onlar bizim hər birimiz uğrunda şəhid olublar, sağlamlıqlarını qurban veriblər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO