Goranboyda piyadanı avtomobili ilə öldürən sürücü axtarılır

Goranboyda piyadanı avtomobili ilə öldürən sürücü axtarılır

Hazırda oxunan: Goranboyda piyadanı avtomobili ilə öldürən sürücü axtarılır

243831

Goranboyda piyadanı vuraraq həyatına son qoyan sürücü hadisə yerindən qaçıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. 

Yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini hərəkətdə olan, markası və modeli hələlik naməlum olan avtomobil vurub və uzaqlaşıb. 

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Piyadanın şəxsiyyəti və yaşı müəyyənləşdirlir. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü və avtomobil axtarılır. Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO