Sumqayıtda DƏHŞƏT: 14 yaşlı qızla...

Sumqayıtda DƏHŞƏT: 14 yaşlı qızla...

Hazırda oxunan: Sumqayıtda DƏHŞƏT: 14 yaşlı qızla...

243829

Sumqayıtda gənc oğlan 14 yaşlı qızla cinsi əlaqədə olub.

Bizim.Media xəbər verir ki, 21 yaşlı Fuad Həsənov (ad və soyad şərti) 14 yaşlı Nəzakət Quliyeva (ad və soyad şərti) tanış olublar. Fuad şəxsi münasibətləri qurandan sonra cinsi ehtirasını təmin etmək istəyib. Bu məqsədlə yeniyetmə qızla şəhər ərazisində görüşərək, onu öz əmisinin yaşadığı evə aparıb.

Burada gecə saat 2 radələrində evin yataq otağında Fuad və Nəzakət qeyri-təbii yolla cinsi əlaqədə olublar.

Hadisədən xəbər tutan qızın yaxınları hüquq-mühafizə orqanlarına müraciət ediblər. Nəticədə, F.Həsənov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 152.1-ci (14 yaşına çatmış, lakin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq zamanı təqsirləndirilən şəxsin yaxınları və zərərçəkən tərəf arasında barışıq əldə olunub. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Fuad Həsənov 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxsin anası bu qərara etiraz olaraq, məhkəmə binasının önündə şüşə flakona zərbə vurub və onu sındırıb. Nəticədə, həm özünə xəsarət yetirib, həm də dövlət əmlakına ziyan vurub. Qadın polis əməkdaşları tərəfindən ərazi üzrə bölməyə aparılıb. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO