Əli Həsənov AMEA-ya vəzifəyə gətirilir? - GİZLİ MƏQAMLAR

Əli Həsənov AMEA-ya vəzifəyə gətirilir? - GİZLİ MƏQAMLAR

Hazırda oxunan: Əli Həsənov AMEA-ya vəzifəyə gətirilir? - GİZLİ MƏQAMLAR

24381

Prezident Aparatının keçmiş şöbə müdiri Əli Həsənov AMEA-da vəzifəyə gətirilir.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Əli Həsənov Akademiyanın Fəlsəfə və ya Tarix İnstitutlarından birinə təyinat alacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Ramiz Mehdiyev AMEA-nı niyə dağıdır?


Bu barədə AMEA-dan məlumatlı mənbə Akademiyada baş verən son hadisələrdən danışıb. O, bildirib ki, yaxın zamanlarda Əli Həsənov AMEA-da çalışmağa başlayacaq. Artıq bu təyinat üçün müəyyən hazırlqlara da başlanılıb.

Xatırladaq ki, Ramiz Mehdiyev AMEA sədr təyin edildikdən sonra hakimiyyətdən uzaqlaşan bir neçə nəfəri akademiyada müxtəlif vəzifələrə təyin edib. Elə buna görə də onun yolunda maneçilik törədən institut direktorlarını bir-bir akademiyadan uzaqlaşdırmağa çalışıb.

Niyə məhz Əli Həsənov?

Mənbə bildirir ki, heç kəsə sirr deyil ki, zamanında Ramiz Mehdiyevin “qılıncının hər iki tərəfi kəsən” zamanlarda onun sadiq, sıravi əsgəri Əli Həsənov olub. Ona görə Həsənovun onun qvardiyasında xüsusi yeri var. 

Niyə Fəlsəfə və ya Tarix institutu?

AMEA-dan məlumatlı mənbələrin bildirdiyinə görə, hər iki institutun rəhbəri Mehdiyevin sözünün qarşısına söz deyəcək halda deyil. Fəlsəfə institutunu rəhbəri İlham Məmmədzadə o qədər də arxası olan adam deyil. Sabah Mehdiyev onu kənara çəkmək istəsə, sözsüz ki, o bu qərara sorğulamadan boyun əyəcək. O, Ramiz Mehdiyevin təyinatının əksinə getməz və gedə də bilməz.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun ''vurduğu'' jurnalist danışdı: ''Mən ilahi ədalətə inanıram'' - VİDEO


Tarix İnstitunda isə işlər bir az başqa məcradadır. Buranın direktoru Kərim Şükürov isə Ramiz Mehdiyevin şəxsən özünün təyin etdiyi kadrdır. Elə bu səbəblərə görə, Əli Həsənovun reablitasiya olunması üçün bu iki institut ən əlverişli yerdir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO