Qubanın ucqar Güləzi kəndində 15-20 il əvvəl baş verən sürüşmə ocaqlarıında yenidən aktivləşmə müşahidə olunur. İllər öncə kəndin bir hissəsinin köçürülməsinə səbəb olan sürüşmə kənddə ciddi fəsadlar yaratmağa başlayıb.
Bizim.Media xəbər verir ki, evlərdə çat yaranıb, kəndin əsas giriş-çıxış hissəsi, məktəb yolu bağlanıb.
Hadisə yerində Quba FHK-nın üzvləri araşdırmaya başlayıb.
Aidiyyatı qurumlara sürüşmə barədə məlumat verilib. Sürüşmə ocaqları diqqət mərkəzində saxlanılır. Torpaq sürüşməsinin canlanmasına son günlər bölgədə müşahidə edilən yağıntılı havaların səbəb olduğu deyilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
21:56 / 12.04.2025
Qubada sürüşmə: Məktəb yolu bağlandı - FOTO
Hazırda oxunan: Qubada sürüşmə: Məktəb yolu bağlandı - FOTO
Hazırda oxunan: Qubada sürüşmə: Məktəb yolu bağlandı - FOTO
243807
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.