Bərdədə qadın "Tiktok" mübahisəsi nəticəsində şəxsi bıçaqlayıb.
Bizim.Media-nın əldə etdiyi xəbərə görə, 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova, "Tiktok" sosial şəbəkəsində mübahisə etdiyi həmyaşıdı Ceyhun Mübariz oğlu Zeynalova bıçaq zərbəsi vurduğu bildirilir.
Yaralı Bərdə mərkəzi xəstəxanasına yerləşdirilib. Qadın isə təqsirləndirilən şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media