ABU-nun keçmiş rektoru Elşad Abdullayev Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq İTV vasitəsi ilə müraciət ünvanlayıb.
Qeyd olunub ki, Abdullayev Elşad İslam oğlu şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 5 may 2025-ci il tarixdə, saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
Bildirilib ki, 01 sentyabr 2024-cü il tarixdə Abdullayev Elşad İslam oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.5.1, 137.5.2, 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilmiş, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:55 / 12.04.2025
ABU-nun keçmiş rektoru Elşad Abdullayev Baş Prokurorluğa çağırıldı
Hazırda oxunan: ABU-nun keçmiş rektoru Elşad Abdullayev Baş Prokurorluğa çağırıldı
Hazırda oxunan: ABU-nun keçmiş rektoru Elşad Abdullayev Baş Prokurorluğa çağırıldı
243777
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.