ŞAD XƏBƏR: Bu tarixdə müavinət və təqaüdlər artacaq

ŞAD XƏBƏR: Bu tarixdə müavinət və təqaüdlər artacaq

Hazırda oxunan: ŞAD XƏBƏR: Bu tarixdə müavinət və təqaüdlər artacaq

243771

“Sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı cənab Prezidentin imzaladığı 23 dekabr 2024-cü il tarixli sərəncamda Nazirlər Kabinetinə təkliflərin hazırlanması ilə bağlı tapşırıq verilmişdi. Nazirlər Kabineti 3 ay ərzində təklifləri hazırlayıb dövlət başçısına təqdim etməli idi”.

Bizim.Media xəbər verir ki, bunu Modern.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə verilən vaxt başa çatıb:

“Güman olunur ki, Nazirlər Kabineti tərəfindən təkliflər hazırlanıb və dövlət başçısına təqdim olunub. Təbii ki, təkliflərin qiymətləndirilməsi həyata keçirildikdən sonra prosedurlara uyğun olaraq növbəti mərhələdə cənab Prezident tərəfindən sənədin imzalanacağı gözlənilir.

Bununla da sosial paketin yeni mərhələsində biz sosial müavinətlər və təqaüdlərin artmasını müşahidə edəcəyik.

“Hansı sosial müavinətər və təqaüdlərdə artımın olması isə sənəd imzalandıqdan sonra məlum olacaq. Bu istiqamətdə həm də büdcə müzakirələrində Milli Məclisə təkliflər təqdim olunub. Eyni zamanda mediada müzakirə aparılıb. Amma konkret olaraq hansı sosial müavinət və təqaüdlərin artırılması sənəd imzalandıqdan sonra bəlli olacaq. Bütün hallarda sosial paketin növbəti mərhələsində müavinətlərin və təqaüdlərin artırılmasını müşahidə edəcəyik”, – V.Bayramov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO