Müdafiə Nazirliyindən jurnalistlərə ÇAĞIRIŞ: “Çəkilişlər zamanı hərbi sirri qoruyun” - FOTO

Müdafiə Nazirliyindən jurnalistlərə ÇAĞIRIŞ: “Çəkilişlər zamanı hərbi sirri qoruyun” - FOTO

Hazırda oxunan: Müdafiə Nazirliyindən jurnalistlərə ÇAĞIRIŞ: “Çəkilişlər zamanı hərbi sirri qoruyun” - FOTO

243761

Aprelin 11-də Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsində Nazirliyin, Medianın İnkişafı Agentliyinin və media subyektlərinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, qonaqlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası ilə bağlı ətraflı məlumat verilib.
 

Tədbirdə Müdafiə Nazirliyi tərəfindən kommunikasiya, o cümlədən media və ictimaiyyətlə əlaqələr sahəsində görülən işlər, vətəndaş müraciətlərinin operativ cavablandırılması və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, hərbi təhsil sisteminin təşkili, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları ilə bağlı brifinqlər təqdim edilib.


Çıxış edənlər gənclər arasında hərbi vətənpərvərliyin təbliğinin, müsahibə və çəkilişlər zamanı hərbi sirrin qorunmasına riayət edilməsinin vacibliyini diqqətə çatdırıblar.

Sonda ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı suallar cavablandırılıb və tədbir iştirakçılarının təklifləri dinlənilib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO