Polis əməkdaşları sıravi vətəndaşlardan iki dəfədən çox daha çox baş beyin travması alırlar.
Bizim.Media xəbər verir ki, bu barədə “Journal of Head Trauma Rehabilitation” jurnalında araşdırma məqaləsi dərc olunub.
Araşdırmada İngiltərə, Şotlandiya və Uelsdən 617 fəaliyyət göstərən polis əməkdaşı iştirak edib. Məlum olub ki, onların 38%-i həyatlarında azı bir dəfə baş beyin travması alıb — bu, yaddaş itkisi, huşsuzluq və ya zehni qarışıqlıqla müşahidə olunan travmalardır. Müqayisə üçün qeyd edək ki, bu göstərici ümumi əhali arasında cəmi 12%-dir.
Travma bir dəfə olmur...
Daha dəhşətlisi isə odur ki, baş beyin travması alan polis əməkdaşlarının 61%-i bu travmanı bir dəfə yox, dəfələrlə yaşayıb. Travmanı birbaşa xidmətdə almış şəxslərin hər beşindən biri isə ağır posttravmatik stress pozuntusu (PTSP) ilə üzləşib — bu, özünü dərin günahkarlıq hissi, emosiyaları idarə etməkdə çətinlik və sosial təcridlə göstərir.
Araşdırmanın müəlliflərindən biri, 30 illik polis təcrübəsi olan professor Sten Gilmor bu barədə qeyd edib:
"Polis olmaq kifayət qədər çətindir. Gərginlik, qarşıdurmalar, təhlükə... İndi isə baş travmaları və PTSP ilə də mübarizə aparmaq lazımdır. Bu, əslində yavaş təsir edən bombadır. Bizə zərərçəkmiş əməkdaşlar üçün uzunmüddətli dəstək və mütəmadi nəzarət lazımdır.”
Zərər təkcə beyinlə bitmir
Beyin travmaları yalnız sağlamlıq problemi yaratmır. Tədqiqatçılar sübut ediblər ki, təkrarlanan baş beyin travmaları şəxsi və iş həyatında ciddi pozuntulara səbəb olur. Polis əməkdaşları xroniki baş ağrısı, yuxusuzluq, konsentrasiya pozuntusu və ailədaxili gərginliklərlə bağlı ikayət edirlər.
Onların arasında valideynlik vəzifələrini belə icra etməkdə çətinlik çəkdiklərini bildirənlər az deyil.
“Polislər təkcə cinayətlə yox, travma ilə də mübarizə aparırlar”
Araşdırmanın baş müəllifi doktor Nik Smit vəziyyətin ciddiliyini belə izah edir:
"Bu gün bir çox polis əməkdaşı eyni vaxtda həm beyin travmasının, həm də PTSP-nin fəsadları ilə mübarizə aparır. Onlara elə protokollar lazımdır ki, idmançılarda beyin silkələnməsi zamanı tətbiq olunur — aydın diaqnostika və mərhələli şəkildə işə qayıdış sistemi."
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:16 / 12.04.2025
Bu sahədə çalışanların beyin travması almaq RİSKİ YÜKSƏKDİR
Hazırda oxunan: Bu sahədə çalışanların beyin travması almaq RİSKİ YÜKSƏKDİR
Hazırda oxunan: Bu sahədə çalışanların beyin travması almaq RİSKİ YÜKSƏKDİR
243752
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.