"Azərbaycan kinosu fədakarların ümidinə qalıb. Kinomuza bir sistematlik arzulayıram. Kinomuz ortalıqda qalıb. Hərə bir tərəfdən əl atır ki, nəsə kömək etsin. Amma ümumi götürəndə düzgün sistem, yönləndirmə yoxdur. Çox qarışıqdır. Çox Allaha bənd gedirik".
Bizim.Media xəbər verir ki, bu sözləri aktyor Taleh Yüzbəyov "Film aç" podkastında deyib.
O, kinonun ərsəyə gəlməsi üçün pul tapmaqda çətinlik çəkdiklərini bildirib:
"İstəyirəm ki, filmə büdcə tapmağın bir forması olsun. Demirəm ki, dövlət versin. Mən heç vaxt filmə görə dövlətdən pul almaq istəməmişəm. Amma necəsə şərait yaratmaq lazımdır ki, "ver, sonra qaytarım". Film dövlətin mədəniyyəti, incəsənətidir. Bu şey bütün dünyada yayılıbsa və hələ də çəkilirsə, demək ki, özünü təsdiqləmiş sahədir". (axsam.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
06:15 / 12.04.2025
"Azərbaycan kinosu ortalıqda qalıb"
Hazırda oxunan: "Azərbaycan kinosu ortalıqda qalıb"
Hazırda oxunan: "Azərbaycan kinosu ortalıqda qalıb"
243690
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.