“Vitamin C çatışmazlığı xroniki xəstəliklərin, o cümlədən şəkərli diabetin kəskinləşməsinə səbəb və çəki itirməyə mane olur”.
Bizim.Media xəbər verir ki, bunu, Rusiya Səhiyyə Nazirliyinin Endokrinologiya Mərkəzinin dietoloqu Viktoriya Demidova qeyd edib.
“Əslində, vitamin C – tibbin "köhnə dostu"dur. Alimlər onu 100 il əvvəl kəşf etsələr də, bu vitaminin sağlamlıq üçün yeni və vacib xüsusiyyətlərini hələ yeni tapırlar.
Vitamin C sadəcə soyuqdəymədən qorumur. Bu vitamin yağların parçalanmasına kömək edir, kollagen sintezində iştirak edir və hüceyrə yaşlanmasını sürətləndirən müxtəlif xəstəliklərin inkişafına səbəb olan oksidləşmə stresinə qarşı mübarizə aparır. Vitaminin çatışmazlığı həmçinin, metabolizmin yavaşlamasına, piylənmə riskinin, həmçinin ürək-damar və onkoloji xəstəliklərin yaranma riskinin artmasına səbəb olur, — deyə Demidova izah edib.
Bundan əlavə o, gündəlik böyüklər üçün vitamin C dozasının 75-90 mg olduğunu da vurğulayıb. (saglamolun.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
02:35 / 12.04.2025
Vitamin C çatışmazlığı şəkər xəstələri üçün TƏHLÜKƏLİDİR
Hazırda oxunan: Vitamin C çatışmazlığı şəkər xəstələri üçün TƏHLÜKƏLİDİR
Hazırda oxunan: Vitamin C çatışmazlığı şəkər xəstələri üçün TƏHLÜKƏLİDİR
243687
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.