Narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə Qusar rayonunun Caqarqışlaq və Gündüzqala kəndlərində Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyanın sosial təhlükəliyi və doğurduğu fəsadlar”, eyni zamanda “Erkən nikahın fəsadları və zəruri profilaktikası” və ”Dövlət, Dövlətçilik və Dövlət Atributlarına hörmət” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iki günlük tədbirlərdə Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamran Sədullayev, Rayon Polis Şöbəsinin rəis müavini Emin Kərimov və digər məsul əməkdaşları iştirak ediblər.
Tədbirdə mövzu ətrafında çıxışlar edilərək fikir mübadiləsi aparılıb, iştirakçılara ətraflı məlumatlar verilib, suallar cavablandırılıb. Tədbirdə narkomaniyanın insanların sağlamlığına mənfi təsirindən, psixotrop maddələrin yaratdığı fəsadlardan bəhs edilib.
Erkən nikahların dövrümüzün böyük problemlərindən biri olaraq yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu diqqətə çatdırılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

- A-
- A
- A+
Cəmiyyət
23:40 / 11.04.2025
Qusarda narkomaniya və erkən nikah mövzularında maarifləndirmə tədbiri keçirildi - FOTO
Hazırda oxunan: Qusarda narkomaniya və erkən nikah mövzularında maarifləndirmə tədbiri keçirildi - FOTO
Hazırda oxunan: Qusarda narkomaniya və erkən nikah mövzularında maarifləndirmə tədbiri keçirildi - FOTO
243680
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.