Goranboy sakinlərindən bu dəfə 12 yaşlı qız sahibsiz küçə itlərinin hücumuna məruz qalıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonunun Tapqaraqoyunlu kəndində qeydə alınıb.
Belə ki, kənd ərazisində küçə ilə evlərinə gedərkən 2013-cü il təvəllüdlü Səxavət Hacıyevaya bir neçə küçə iti hücum edib. Nəticədə müxtəlif bədən xəsarətləri alan 12 yaşlı qız yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Həkimlər ona ilkin tibbi yardım göstəriblər, vəziyyətinin stabil olduğu bildirilir.
Qeyd edək ki, Goranboy rayonunda sahibsiz itlərin insanlara hücumu ilk hadisə deyil.
Məqsəd Rəhimov Bizim. Media Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
20:06 / 11.04.2025
Goranboyda yenə küçə itləri sakinlərə HÜCUM ETDİ - Bu dəfə 12 yaşlı uşaq…
Hazırda oxunan: Goranboyda yenə küçə itləri sakinlərə HÜCUM ETDİ - Bu dəfə 12 yaşlı uşaq…
Hazırda oxunan: Goranboyda yenə küçə itləri sakinlərə HÜCUM ETDİ - Bu dəfə 12 yaşlı uşaq…
243650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.