İşdən çıxarılan bağça müdirinin şikayəti TƏMİN EDİLMƏDİ

İşdən çıxarılan bağça müdirinin şikayəti TƏMİN EDİLMƏDİ

Hazırda oxunan: İşdən çıxarılan bağça müdirinin şikayəti TƏMİN EDİLMƏDİ

243648

Təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Göyçay şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında yoxlamalar aparılıb.

Bu barədə Bizim.Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, nəticədə bağçanın sabiq müdiri Abbasova Kəmalə Vaqif qızının fəaliyyəti zamanı müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmdiyinə dair əsaslı şübhələr müəyyən edilib. Bu səbəbdən o, 12 iyul 2024-cü ildə vəzifəsindən azad edilib.

Daha sonra o, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa olunma və məcburi iş buraxmaya görə əməkhaqqı tələbi ilə məhkəməyə müraciət edib.

Nərimanov Rayon Məhkəməsi tərəfindən müvafiq qətnaməsinə əsasən onun iddiası təmin edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO