Goranboyda suvarma kanalının daşması nəticəsində evləri su basıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonunun Tapqaraqoyunlu kəndində baş verib.
“İnçə” çayından gələn suvarma kanalının daşması nəticəsində ümumilikdə 2 fərdi yaşayış evinə və 2 yardımçı tikiliyə, həmçinin bəzi həyətyani sahələrə su dolub.
Hadisə yerinə rəsmi qurumların nümayəndələri cəlb olunub.
Məlumat üçün bildirək ki, son günlər Gəncə və ətraf bölgələrdə yağışlı hava müşahidə olunur.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
19:33 / 11.04.2025
Goranboyda kanal daşdı, evləri su basdı
Hazırda oxunan: Goranboyda kanal daşdı, evləri su basdı
Hazırda oxunan: Goranboyda kanal daşdı, evləri su basdı
243645
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.