8-ci sinif şagirdi məktəbin binasından necə YIXILIB? - RƏSMİ AÇIQLAMA

8-ci sinif şagirdi məktəbin binasından necə YIXILIB? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: 8-ci sinif şagirdi məktəbin binasından necə YIXILIB? - RƏSMİ AÇIQLAMA

243610

Bakıda 220 nömrəli məktəb-liseydə intihara cəhd hadisəsi baş verməsi haqda məlumat verilib.

Bildirilib ki, məktəbin 8-ci sinif şagirdi Məlikzadə Rəsul bu gün səhər saatlarında, dərs zamanı özünü pəncərədən atıb. Uşaq sinif yoldaşları ilə aralarında yaranan mübahisədən sonra bu addımı atıb. O, ağır kəllə-beyin travması alıb. Daha sonra müəllimlərin köməkliyi ilə təcili tibbi yardım çağırılaraq, xəstəxanaya göndərilib.

Hadisə ilə bağlı Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə saxladıq.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda 8-ci sinif şagirdi məktəbin binasından özünü atdı


Qurumdan Bizim.Media-ya verilən məlumata görə, bu, intihar hadisəsi deyil: 

“220 nömrəli məktəb-liseyin 8-ci sinif şagirdi 2-ci mərtəbənin pəncərəsindən yıxılıb:

“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və səhiyyə müəssisəsinə aparılıb. Şagirdin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 
 

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.


İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO