Gədəbəydə qayınata tərəfindən döyülən ana və qızının durumu NECƏDİR?

Gədəbəydə qayınata tərəfindən döyülən ana və qızının durumu NECƏDİR?

Hazırda oxunan: Gədəbəydə qayınata tərəfindən döyülən ana və qızının durumu NECƏDİR?

243608

Xəbər verildiyi kimi, Gədəbəydə ailə münaqişəsi zaman qayınata və baldız ana ilə qızına xəsarət yetirib.

Gədəbəydə döyülən ana və qızının sağlamlıq durumu ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə xəsarət alanlar evə buraxılıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Gədəbəydə ailə İNSİDENTİ – Ana və qızı ölümcül DÖYÜLDÜ


“11.04.2025-ci il tarixində saat 13:40 radələrində 2 nəfər  (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1983-cü il təvəllüdlü şəxsə dizin və çiyinin əziyi, 2007-ci il təvəllüdlü şəxsə isə üz nahiyəsinin əziyi diaqnozları təyin edilib.

Hər 2 pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO