"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müşaviri Aysel Soltanova vəzifəsindən azad edilib.
Bizim.Media “pravda.az”a istinadla xəbər verir ki, A.Soltanova fəaliyyətini bundan sonra "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi" publik hüquqi şəxsdə davam etdirəcək.
O, "Azerkosmos", "Baktelecom" və "Aztelekom" kimi şirkətlərdə çalışıb. 2023-cü ilin yanvarında ADY sədrinin müşaviri vəzifəsinə təyin edilmişdi.
Xatırladaq ki, 2024-cü ilin yayında QSC sədri Rövşən Rüstəmovun tapşırığı ilə üç xanım əməkdaşa, o cümlədən müşavir Aysel Soltanovaya "Toyota Corolla" markalı avtomobil verilməsi ilə bağlı məlumat yayılmışdı. ADY isə bu məlumat təkzib etmişdi.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:41 / 11.04.2025
Aysel Soltanova vəzifəsindən AZAD EDİLDİ
Hazırda oxunan: Aysel Soltanova vəzifəsindən AZAD EDİLDİ
Hazırda oxunan: Aysel Soltanova vəzifəsindən AZAD EDİLDİ
243574
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.