Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi növbəti sakinlərini qəbul etməyə hazırdır. Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu mərhələdə kəndə 20 ailə - 72 nəfər köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

- A-
- A
- A+
Cəmiyyət
11:44 / 11.04.2025
Yataqxanada yaşayan ailələr Ağdərəyə köçürüldü – FOTO
Hazırda oxunan: Yataqxanada yaşayan ailələr Ağdərəyə köçürüldü – FOTO
Hazırda oxunan: Yataqxanada yaşayan ailələr Ağdərəyə köçürüldü – FOTO
243546
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.