Dubaya gedənlərə XƏBƏRDARLIQ – Bu cərimələrlə qarşılaşa bilərsiniz - Saqqız çeynəmək, foto çəkmək...

Dubaya gedənlərə XƏBƏRDARLIQ – Bu cərimələrlə qarşılaşa bilərsiniz - Saqqız çeynəmək, foto çəkmək...

Hazırda oxunan: Dubaya gedənlərə XƏBƏRDARLIQ – Bu cərimələrlə qarşılaşa bilərsiniz - Saqqız çeynəmək, foto çəkmək...

243543

Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi istiqamətlərindən biri də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhəridir. Lakin Dubayda bir sıra qeyri-adi qadağalar və cərimələr mövcuddur.

Bizim.Media Dubayda qarşılaşa biləcəyini qadağaları və cərimələri təqdim edir:

Metropolitendə saqqız çeynəmək

Dubayda metroda hər cür qida, içki və saqqız qadağandır. Bu qayda qatarlarda təmizliyi qorumaq məqsədilə qoyulub. Saqqız çeynədiyinizə görə hətta 100 AED (47 manat) cərimələnə bilərsiniz. Ona görə də metroya daxil olmamışdan əvvəl saqqızı tullayın və ya səfərdən sonra çeynəməyi düşünün.

Çirkli avtomobil idarə etmək

Əgər nəqliyyat vasitəsini çirkli halda idarə edirsinizsə, 500 AED-dən (235 manat) başlayan cərimə ilə üzləşə bilərsiniz. Dubay rəsmiləri təkcə nömrələrin görünməməsi məsələsinə deyil, həm də şəhərin imicinə önəm verir və çirkli maşınlarla hərəkətə qarşı çıxırlar.

Nəqliyyat dayanacaqlarında yatmaq

Yollar və Nəqliyyat İdarəsi (RTA) platformalarda və dayanacaqlarda yatmağı qadağan edib. Bu qaydanı pozanlar 300 AED (141 manat) cərimə oluna bilər.

Ayaqları oturacaqlara qoymaq

BƏƏ-də ictimai nəqliyyatda ayaqları yerə qoymaq tələb olunur. Əgər ayaqlarınızı oturacağın üzərinə qaldırsanız, 100 AED (47 manat) cərimə edilə bilərsiniz.

İctimai yerlərdə fotoşəkil çəkmək

Dubayda dövlət binalarının, eləcə də insanların onların razılığı olmadan şəkillərini çəkmək qadağandır. Əgər bu şəkilləri sosial şəbəkələrdə paylaşsanız və kiminsə şikayəti olsa, 150 000-dən 500 000 AED-ə (70500 – 235000 manat) qədər cərimələnə bilərsiniz.

Avtomobili ictimai yerdə yumaq

Dubayda avtomobili ictimai yerlərdə yumağa görə 100 AED-dən başlayan cərimə tətbiq olunur. Bu qayda küçələrin təmizliyini qorumaq və suyun yığılmasının qarşısını almaq məqsədilə qüvvədədir. Ən yaxşısı rəsmi avtomobil yuma məntəqələrinə müraciət edin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO