Tovuz məktəbində şagirdlər nədən ZƏHƏRLƏNİB? – Rəsmi AÇIQLAMA/FOTO

Tovuz məktəbində şagirdlər nədən ZƏHƏRLƏNİB? – Rəsmi AÇIQLAMA/FOTO

Hazırda oxunan: Tovuz məktəbində şagirdlər nədən ZƏHƏRLƏNİB? – Rəsmi AÇIQLAMA/FOTO

243541

Tovuz rayonunun Düz Cırdaxan kənd məktəbində şagirlər dəm qazından deyil, pelet sobasının tüstüsü nəticəsində zəhərləniblər

Bizim.Media-nın yerli bürosunun məlumatına görə sinifdə olan 18 şagirddən 5-i zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onlara ilkin tibbi yardım göstərilir. 

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi Bizim.Media-nın sorğusuna açıqlamasında bildirib ki, “Aprelin 11-də Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı 2-ci dərs başlayan zaman pisləşib.

Məktəbə təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya aparılıb. Onların səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır.  
 

Hazırda aidiyyəti qurum tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır”, -  deyə açıqlamada bildirilir.


Xatırladırıq ki, Tovuz məktəblərində pelet tipli sobadan zəhərlənmə faktı ilk deyil. 


















Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO