Bu gün Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bizim.Media xəbər verir ki, proses hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilib.
Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edərək, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Daha sonra təqsirləndirilən şəxs son söz deyib. Eulcekcian barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Məhkəmə kollegiyası hökm qəbul etmək üçün müşavirəyə yollanıb. Hökm iyunun 14-də elan ediləcək.
***
Bakı Hərbi Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmənin baxış iclasının növbəti prosesi başlayıb.
Bizim.Media-nın məlumatına görə, proses Yasamal rayon Məhkəməsinin inzibati binasında hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilir.
Baxış iclasında Eulcekcian Viken Abrahama son söz demək təklif olunacaq. Bundan sonra məhkəmənin müşavirəyə gedəcəyi və hökm oxunacağı gözlənilir.
***
Bu gün Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.
Bizim.Media məlumat verir ki, məhkəmə hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək.
MÖVZU İLƏ BAĞLI:
Erməni terrorçu birləşməsinin 26 üzvünün cinayət işi icraata verildi
Prosesdə V.Eulcekcianın son sözü və ona hökm oxunması gözlənilir.
Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında təqsirləndirilən şəxsin azadlıqdan 20 il məhrum edilməsini istəyib.
Bizim.Media