Tahir Əmiraslanov: “Xəyanət edən qadınlar ən çox xərçəngə tutulurlar” – FOTO

Tahir Əmiraslanov: “Xəyanət edən qadınlar ən çox xərçəngə tutulurlar” – FOTO

Hazırda oxunan: Tahir Əmiraslanov: “Xəyanət edən qadınlar ən çox xərçəngə tutulurlar” – FOTO

243494

“Azərbaycan qadını namusunu heç vaxt sevgilisinə, ərinə görə saxlayıb, qorumayıb. Xəyanət eləmək onun ruhunda, düşüncə tərzində belə yoxdur. Buna görə də səbəb axtarmır. Azərbaycan xanımı el-obasını, nəslini, atasını, babasını, qardaşlarını , bacılarını, qızını, oğlunu və s. göz önündə saxlayır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov sosial şəbəkə hesabında yazıb.

“Milli adətlərimizə görə xəyanət edən qadının nə qızını, bacısını, bacı qızlarını alarlar, nə də oğluna qız verərlər. Milli düşüncəmizdə “qız bibisinə çəkər” və “anası çıxan ağacı, qızı budaq-budaq gəzər” ifadəsi var. Ana, bacı, qız, xanım, xatun, bikə, arvad məhvumlarının heç biri özündə xəyanət anlayışına yaxın da gəlmir. Qadın fiziologiyası, sağlamlığı da, bütün ilahi dinlərin qanunları da bunun əksinədir. Xəyanət edən qadınlar ən çox xərçəng və başqa xəstəliklərə tutulurlar. Təmizlik qadının özündəndir. Bu ya var, ya da yox...” - T.Əmiraslanov əlavə edib.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO