Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir - FAKTİKİ HAVA

Hazırda oxunan: Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir - FAKTİKİ HAVA

243439

Aprelin 10-u saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Salyan, Tərtər, Mingəçevir, Yevlax, Beyləqan, İmişli, Sabirabad, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Naftalan, Ceyrançöl, Ağstafa, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Qazax, Tovuz, Şəmkir, Daşkəsən, Göygöl və Gəncədə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Hazırda qərb küləyi əsir, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Kəlbəcərdə 22 m/s, Sabirabadda 19 m/s, Şahbuzda 17 m/s, Hacıqabulda 16 m/s-dək güclənib.

Daşkəsən, Gədəbəy, Qax, Zaqatala, Şəki, Balakən, Qəbələ, Şamaxı, Altıağac, Qrız və Xaltanda duman müşahidə olunur, görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO