Xəbər verildiyi kimi Gəncə şəhərində 4 saylı xarici dil təmayüllü məktəb liseyində şagirdlərlə müəllim arasında insident yaşanıb.
Bizim.Media-nın yerli bürosu baş verən hadisənin təfərrüatlarını araşdırıb.
Liseyin direktoru Əliağa Səfərəliyev saytımıza açıqlamasında bildirib ki, 10.04.20025-ci il tarixdə 08:45 radələrində məktəbin Azərbaycan bölməsinin idman müəllimi, 1985-ci il təvəllüdlü Fərrux Bəham oğlu Quliyevlə liseyin IX və X sinfində oxuyan 2 qardaş arasında tənəffüsdə mübahisə yaranıb:
“İnsindent təxminən 3-4 dəqiqə davam edib. Rus bölməsinin IX sinfində oxuyan qardaşlardan birinin təhsil müəssisəsində aynanın qarşısında qeyri etik əyləşməsinə müəllimimiz Fərrux Quliyev irad bildirib. Şagirdin buna etirazı onlar arasında mübahisəyə çevrilib. Bu zaman həmin şagirdin qardaşı da müəllimə yaxınlaşıb və hər ikisi müəllimə fiziki təzyiq göstəriblər. Mən eşidən kimi həmin yerə yaxınlaşdım və şagirdləri otağıma apardım.
Məktəbin psixoloqunu da otağa dəvət etdim ki, şagirdlərlə söhbət aparsın. Müəllim də kabinetimə gəldi. Otaqda da növbəti insindent yaşandı. Sonra da polis əməkdaşları məktəbə gəldilər və şagirlərin valideyninin iştirakı ilə onlar polis idarəsinə aparıldılar”.
Direktor onu da əlavə edib ki, hadisə baş verəndən dərhal sonra məktəbin müəllimi Fərrux Quliyev tibbi yardıma və polis orqanlarına müraciət edib:
Hazırda hüquq mühafizə orqanları məsələni araşdırır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
17:56 / 10.04.2025
Gəncə məktəbində müəllimi döyən şagirdlər iki qardaşdı – İnsidentin səbəbi ilə bağlı TƏFƏRRÜAT
Hazırda oxunan: Gəncə məktəbində müəllimi döyən şagirdlər iki qardaşdı – İnsidentin səbəbi ilə bağlı TƏFƏRRÜAT
Hazırda oxunan: Gəncə məktəbində müəllimi döyən şagirdlər iki qardaşdı – İnsidentin səbəbi ilə bağlı TƏFƏRRÜAT
243431
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.