“Küçəyə itlərin səsinə çıxdım. Gördüm 7-8 it nəyisə yerdə parçalayırlar. Əvvəlcə qorxdum. Sonra bir təhər əlimə dəmir parçası alıb itləri qova bildim. Onlar həyətimizdə olan pişiyi tutub parçalayıblar. Bu dəhşətdir. Niyə heç kim bu itlərlə bir ölçü götürmür”.
Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna Gəncə şəhərində yerləşən Maharasa Bağı qəsəbəsinin sakini Səlminaz Rəhimova verib.
Onun sözlərinə görə, ilk dəfə evin qapısınl açanda elə bilib itlər balaca uşağa cumublar:
“Bir qədər öncə televiziyada xəbərlərdə baxdım ki, Sumqayıtda itlər küçədə azyaşlı məktəbliləri dişləyiblər, onlardan birinin də vəziyyəti ağırdır. Qorxdum elə bildim bizim məhlədə də itlər uşağa cumublar.
Amma sonra gördüm yerdə olan nəsə tüklü heyvandır. Dəmirlə bir təhər qovaladım. Yaxınlaşdım ki, həyətimizdə olan pişiyi parçalayıblar. Pişikləri boğub parçalayan itlər insanlara da soxulub dişləyə bilər. Mahrasa Bağında itlər sürü şəklində gəzirlər. Niyə bir ölçü götürmürlər bu sahibsiz itlələ bağlı. Nəyi gözləyirlər. Gərək hamımızı parşalasalar sonra nəsə edələr” deyə Gəncə sakini əlavə edib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu