Söhbət Azərbaycanda populyar olan yeməklərdən getmir, məsələ burasındadır ki, bu gün-oktyabrın ikinci cüməsi dünyanın bir çox ölkələrində Beynəlxalq yumurta günü (World Egg Day) –bayramı kimi qeyd olunur və burda qəribə heç nə yoxdur, axı yumurta ən universal qida növüdür.

Bu bayramın qısa tarixi belədir: 1996-cı ildə Vyanada Beynəlxalq yumurta komissiyası elan edib ki, oktyabrın ikinci cümə günü beynəlxalq yumurta bayramı olsun.
Ənənəvi olaraq bu gün yumurta mövzusunda müxtəlif tədbirlər keçirilir. Yumurtanın xeyri çoxdur, gündə bir yumurta yemək faydalıdır. Dünyada ən çox yumurta yeyən ölkə Yaponiyadır. Amerikalılar isə hər il nəhəng omlet günü qeyd edirlər.
Azərbaycanda da yumurta ( xüsusilə “kənd yumurtası”) əvəzolunmaz qida məhsuludur. Çox yeməklərə əlavə olunan yumurta ona xüsusi dad verir. Dadlı “Pomidor-yumurta” yeməyi isə yəqin bizim xalqın kəşfidir. Kəşf dedik, daha bir tarixi hadisə yadımıza düşdü. Bu gün-oktyabrın 12-si, həm də Kolumbun Amerikanı kəşf etdiyi gündür. Amerika əlçatmazdır, yaxşısı budur ki, bu günkü menyünüzü yumurta ilə zənginləşdirin. Nuş olsun!

































































































