Oğuzda yol qəzasında xəsarət alanların hamısı müəllimdir - YENİLƏNİB/FOTO

Oğuzda yol qəzasında xəsarət alanların hamısı müəllimdir - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Oğuzda yol qəzasında xəsarət alanların hamısı müəllimdir - YENİLƏNİB/FOTO

243399

Oğuzda yol qəzası zamanı xəsarət alanların hamısı Qarabulaq kənd məktəbinin dörd qadın müəllimidir.

Bizim.Media xəbər verir ki, hadisə nəticəsində sürücü xəsarət almayıb, digər xəsarət alanlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza müəllimlərin məktəbdən çıxıb evə qayıtdıqları zaman qeydə alınıb.

14:59

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi olub.

Bizim.Media xəbər verir ki, hadisə Oğuz-Padar-Böyük Söyüdlü yolunun Böyük Söyüdlü kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişinlər xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır. (Report)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO