Polisə tabe olmayıb özünə xəsarət yetirən “parkovşik” HƏBS EDİLDİ

Polisə tabe olmayıb özünə xəsarət yetirən “parkovşik” HƏBS EDİLDİ

Hazırda oxunan: Polisə tabe olmayıb özünə xəsarət yetirən “parkovşik” HƏBS EDİLDİ

243337

Aprelin 7-də Bakıda ictimai asayişi pozan “parkovşik” inzibati məsuliyyətə cəlb edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Nizami rayonu Naxçıvanski küçəsində baş verib.

Polis əməkdaşları ərazidə qanunsuz parkinq fəaliyyəti göstərən şəxsə xəbərdarlıq ediblər. Bu zaman həmin şəxs tutduğu yeri tərk etməyəcəyini bildirərək səs-küy salmağa başlayıb və özünə xəsarət yetirib.

İctimai yerdə qaydaları pozan şəxs saxlanılaraq Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə aparılıb.

Müəyyən edilib ki, saxlanılan şəxs Kürdəmir rayonu Sığırlı kənd sakini 1986-cı il təvəllüdlü S.Yusifovdur. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq, polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxsə 10 sutkalıq inzibati həbs verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO