FAKTİKİ HAVA: Bəzi yerlərdə güclü külək əsir, yağış yağır

FAKTİKİ HAVA: Bəzi yerlərdə güclü külək əsir, yağış yağır

Hazırda oxunan: FAKTİKİ HAVA: Bəzi yerlərdə güclü külək əsir, yağış yağır

243325

Aprelin 10-da saat 9:00-a olan faktiki hava açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Qərb küləyi əsir, küləyin sürəti arabir Qəbələdə 28, Bakıda və Abşeron yarımadasında, Zaqatala, Daşkəsən, Şəki və Şərurda 20, Culfada 18, Kəlbəcərdə 15 m/s-dək güclənib.
 

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 15, Şəkidə 12, Zaqatala və Balakəndə 11, Şahdağda 9, Astara və Daşkəsəndə 8, Lerik, Gədəbəy, Yardımlı, Göygöl, Şahbuz, Xaltan, Gəncə, Kəlbəcər, Şəmkir, Tovuz, Oğuz, Mingəçevir, Sədərək, Ceyrançöl, Lənkəran, Quba, Naftalan, İsmayıllı, Ağstafa, Bərdə, Tərtər, Yevlax, Neftçala, Şərur, Göyçay, Sabirabad, Biləsuvar, Cəlilabad, Şuşa, Füzuli, Zəngilan, Laçın, Ağdam, Culfa, Ordubad, Altıağac, Goranboy və Naxçıvanda 7, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.


Sumqayıt, Gədəbəy, Naftalan, Zaqatala, Şəki, Qəbələ, Qusar, Xaltan, Göyçay, Biləsuvar, Gəncə, Göygöl və Balakəndə duman müşahidə olunub. Dumanda görünüş 200-500 m-dək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 12, Naxçıvan MR-də 18, dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO