Bakıda 200-ə yaxın bina söküləcək – VİDEO

Bakıda 200-ə yaxın bina söküləcək – VİDEO

Hazırda oxunan: Bakıda 200-ə yaxın bina söküləcək – VİDEO

243318

Bakıda qəzalı binaların mərhələli söküntüsü planlaşdırılır.

Bizim.Media xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, hazırda Bakı şəhəri üzrə 194 qəzalı və kəskin qəzalı bina olmaqla, ümumilikdə 6 415 mənzilə dair tədbirlərin icrasına başlanılıb. Sözügedən binalar paytaxtın Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı və Pirallahı rayonlarında yerləşir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, infrastrukturun yenilənməsi daşınmaz əmlak bazarına xüsusi təsir göstərəcək:

“Belə ki, proses həmin ərazilərdə qiymətlərin artmasına səbəb olacaq. Sözügedən ərazilərdə yeni binaların tikilməsi mərkəz və mərkəzə yaxın ərazilərdə qiymətlərin tənzimlənməsi ilə nəticələnəcək. Yəni, indiyədək qiymət artımı müşahidə olunan ərazilərdə müəyyən stabilləşməyə şahidlik edəcəyik”.

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev də sözügedən prosesin evlərin qiymətlərinə təsirsiz ötüşməyəcəyini deyir.

Ekspertin sözlərinə görə, alıcıların əsasən Bakı ətrafında qəsəbələrə üz tutmaları həmin ərazilərdə daşınmaz əmlaklara tələbatı artırır. Eyni zamanda söküntü prosesi daşınmaz əmlak bazarında həmin ərazi üzrə təklifi azaldır. Bütün bunlar qiymətlərin artmasını qaçılmaz edir.

Ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO