Təbii yollarla öskürəyə son qoyun: Evdə hansı bitkilər kömək edir?

Təbii yollarla öskürəyə son qoyun: Evdə hansı bitkilər kömək edir?

Hazırda oxunan: Təbii yollarla öskürəyə son qoyun: Evdə hansı bitkilər kömək edir?

243315

Öskürək həyatın müxtəlif dövrlərində hər yaşda olan insanların qarşılaşdığı bir problemdir.

Bizim.Media xəbər verir ki, insanlar bəzən öskürəyi xəstəlik kimi qəbul etsələr də, əslində bu bədənin özünü qoruma mexanizmidir.

Təsadüfən meydana gələn öskürək, bədənin içəriyə girən yad maddələri xaric etməyə çalışmasının bir göstəricisidir.

Öskürək nədir?

Öskürək bədənin özünü qoruma üsuludur. Yad maddələr boğaza girəndə, bədənin sinirləri bu maddələri xaric etmək üçün beyinlə əlaqə qurur və öskürək baş verir. Bu refleks tənəffüs yollarını qoruyur və xarici maddələrin bədəndən atılmasına kömək edir. Öskürək həm də dərindən nəfəs almanıza kömək edir və bədənin müdafiə mexanizmini gücləndirir.

Öskürək nə qədər davam edər?

Bir çox hallarda öskürək öz-özünə bir neçə gün və ya həftə ərzində keçə bilər. Lakin bəzən uzun müddət davam edərək sağlamlıq problemlərinə yol aça bilər. Uzunmüddətli öskürək aşağıdakı şikayətlərə səbəb ola bilər:

Yeyib-içməkdə çətinlik

Sosial mühitdən kənarlaşma

Yorğunluq

Yuxusuzluq və ya gecə rahat yatmama

Boğaz ağrısı

Səs dəyişikliyi

Baş ağrısı

Mədə bulantısı

Sinə ağrısı

Sidik qaçırma

Öskürəyin bəzi növləri aşağıdakı kimidir:

Akut öskürək

Adətən qısa müddətli və üç həftəyə qədər davam edən öskürək növüdür. Bu növ öskürəyin səbəbləri arasında bronxit, pnevmoniya və üst tənəffüs yolu infeksiyaları yer alır.

Xronik öskürək

Xronik öskürək uzun müddət davam edən və keçməyən öskürəkdir. Bu tip öskürək astma, KOAH (Kronik obstruktiv ağciyər xəstəliyi) kimi xroniki xəstəliklərdən qaynaqlanır.

Quru öskürək

Bu öskürək növü bəlğəmsiz olur və daha çox boğazda qıcıqlanma ilə əlaqəlidir. Üst tənəffüs yolu infeksiyaları, larenjit və sinüzit kimi vəziyyətlər bu tip öskürəyə səbəb ola bilər.

Bəlğəmli öskürək

Bəlğəmli öskürək tənəffüs yollarında bəlğəmin yığılması ilə əlaqədardır. Bu növ öskürək soyuqdəymə, bronxit kimi xəstəliklərdən qaynaqlanır.

Öskürəyə yaxşı təsir edən bitkilər

Öskürəyi müalicə etməyə kömək edən bir çox bitki mövcuddur. Aşağıda bu bitkilərdən bəzilərini təqdim edirik:

Kəklikotu – Kəklikotu öskürək siroplarında tez-tez istifadə olunur. Bir çay qaşığı kəklikotunu isti suda dəmləyərək öskürəyin yüngülləşdirilməsinə kömək edə bilərsiniz.

Gülxətmi – Gülxətmi çayı da öskürəyi azaldan bitkilərdən biridir. 5-10 dəqiqə dəmlənən gülxətmi çayı öskürəkdən qurtulmağa kömək edir.

Çobanyastığı– Çobanyastığı öskürək və boğaz ağrısına yaxşı təsir göstərir. Çobanyastığı çayı içərək boğazınızdakı narahatlığı azalda bilərsiniz.

Zəncəfil, darçın, sarıkök və bal – Bu bitkilər, xüsusən qış aylarında öskürəyə qarşı istifadə edilən təbii vasitələrdəndir. Hər gün təzə olaraq hazırlanaraq istifadə edilməsi tövsiyə edilir.

Nanə - Nanə çayı həm boğazdakı qıcıqlanmanı azaldır, həm də öskürəyi yüngülləşdirir. Nanənin içindəki mentol, öskürəyi azaldan təsirə malikdir.

Qeyd: Öskürək müxtəlif səbəblərə bağlı olaraq ortaya çıxa bilər və bu problemi həll etmək üçün bir çox təbii vasitələr mövcuddur. Bitki çayları, öskürəyi yüngülləşdirmək və boğazdakı qıcıqlanmanı aradan qaldırmaqda effektiv ola bilər. Lakin uzunmüddətli öskürək hallarında həkimə müraciət etmək vacibdir. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO