Şamaxıda 66 yaşlı qadın evini əxlaqsızlıq yuvasına ÇEVİRDİ

Şamaxıda 66 yaşlı qadın evini əxlaqsızlıq yuvasına ÇEVİRDİ

Hazırda oxunan: Şamaxıda 66 yaşlı qadın evini əxlaqsızlıq yuvasına ÇEVİRDİ

243314

Ali Məhkəmədə qanunsuz fahişəliyə cəlb etməkdə təqsirləndirilən Məfkurə Mustafayevanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Qeyd edək ki, Şamaxı şəhərində yaşayan 1959-cu il təvəllüdlü M.Mustafayeva hadisədən 6 il əvvəl də oxşar əməllərə görə məsuliyyətə cəlb edilib və barəsində ittihamedici hökm çıxarılıb. Lakin həmin vaxt M.Mustafayeva Şamaxı Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək bəraət alıb.

Buna baxmayaraq, o, həmin əməllərə davam edib. Belə ki, Şamaxı şəhərində yerləşən evini fahişəliklə məşğul olan qadınlara gecəsi 20-30 manata kirayə verib. Həmçinin bir neçə qadını, eləcə də qonşusunu fahişəliyə cəlb edərək pul müqabilində müxtəlif şəxslərlə görüşdürüb.
 

Həmçinin məlum olub ki, M.Mustafayeva barəsində Xəzər rayonunda Cinayət Məcəlləsinin 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə də cinayət işi mövcuddur. Şamaxı Rayon Məhkəməsi 6 ildən sonra M.Mustafayevanı yenə eyni əməllərə görə məhkum edib.


O, Cinayət Məcəlləsinin 243 və 244-cü (Fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə təqsirli bilinib. Şamaxı və Xəzər Rayon məhkəmələrinin hökmləri birləşdirilərək 65 yaşlı qadına 6500 manat pul cəriməsi və 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun ayağına elektron nəzarət cihazı yerləşdirilib. Sumqayıt Apellyasiya Məhkəməsi qadının apellyasiya şikayətini təmin etməyib. (pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO