Sabirabadda güclü yanğın: Bir ailənin 6 üzvü xəsarət aldı – FOTO

Sabirabadda güclü yanğın: Bir ailənin 6 üzvü xəsarət aldı – FOTO

Hazırda oxunan: Sabirabadda güclü yanğın: Bir ailənin 6 üzvü xəsarət aldı – FOTO

243310

Sabirabadda yaşayış evinin yanması nəticəsində bir ailənin 6 üzvü yanıq xəsarəti alıb.

Bizim.Media xəbər verir ki, hadisə Sabirabad rayonunun Bala Həşimxanlı kəndində qeydə alınıb.

Məmmədovlar ailəsinə məxsus fərdi yaşayış evinin yanması nəticəsində 1991-ci il təvəllüdlü Həmidə Heydər qızı Məmmədli, 2012-ci il təvəllüdlü Yasəmən Xalid qızı Məmmədli (vəziyyəti ağırdır), 2013-cü il Nərmin Xalid qızı Məmmədova, 2015-ci il təvəllüdlü Nihad Xalid oğlu Məmmədov, 2022-ci il təvəllüdlü Riyad Xalid oğlu Məmmədov və 1987-ci il təvəllüdlü Xalid Ələddin oğlu Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Sabirabad rayonunun Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadası hadisə yerinə cəlb olunub və yanğın söndürülüb.

Qeyd edək ki, hadisə nəticəsində 160 kvadratmetrlik ev əşyaları ilə birlikdə yanıb.

Faktla bağlı araşdırma aparılır. (APA)





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO