“Müəllimlərin iş yerinin dəyişməsi başa çatmaq üzrədir. Artıq 1800-dən çox müəllim bu şansı qazanıb”.
Bizim.Media-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.
MÖVZU İLƏ BAĞLI:
Nazir: "Müəllimlərin sertifikasiyası kimisə işdən çıxarmaq məqsədi daşımır"
O deyib ki, eyni zamanda yay ərzində müəllimlərin işə qəbulu da keçiriləcək:
“Ötən ildən başlayaraq MİQ imtahanını yalnız Bakıda deyil, bölgələrdə də keçiririk. Bu il 12 bölgədə bu imtahanlar keçiriləcək. Hər il təxminən 50 mindən artıq adam bu müsabiqəyə qoşulur və 7000-9000 adam işlə təmin olunur. İşlə təmin olunanların sayı olunmayanlardan çox olsa da, müəyyən adamlar narazı qalır. Amma bu proses tam şəffaf keçir”.
Bizim.Media