Qazilərin öz aparıcısı olacaq - REAL TV-də yeni layihə - VİDEO

Qazilərin öz aparıcısı olacaq - REAL TV-də yeni layihə - VİDEO

Hazırda oxunan: Qazilərin öz aparıcısı olacaq - REAL TV-də yeni layihə - VİDEO

24326

REAL TV-də bu axşam "Qazi " adlı yeni layihə başlayır.

Bizim.Media xəbər verir ki, “Qazi” verilişi Vətən müharibəsi qazilərinin problemlərini işıqlandırılacaq və onların həlli istiqamətində körpü rolunu oynayacaq.

Verilişin aparıcısı isə Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı qazi Nəvai Bayramov olacaq.

O, 1992-ci ildə Zəngilanın Rəbənd kəndində doğulub.Qazimiz doğma yurd-yuvasının işğalından sonra ailəsi ilə Bakıya gəlib. 

Orta məktəbi paytaxtda bitirə N. Bayramov  2010-cu ildə Heydər Əliyev adına ali hərbi məktəbə daxil olub. 4 illik ali hərbi təhsildən sonra leytenant paqonları ilə Beyləqan şəhərində n saylı hərbi hissəyə təyinat alıb və 2016-cı ildə xüsusi təyinatlı qüvvələrin tərkibinə qatılıb. 2020-ci il sentyabr ayının 27-də isə  Baş leytenant Bayramov silahdaşları ilə birgə vətənin azadlığı uğrunda döyüşlərə atılıb. 

O, Cəbrayıl istiqamətində gedən döyüşlərdə snayperlə vurularaq yaralanıb.  

Bundan sonra Nəvai Bayramov Vətənə xidmətini silahdaşlarına yardımçı və dəstək olmaqla davam etdirəcək.  

“Qazi” verlişini hər həftənin cümə axşamı, saat  21:30-da  Real tv-də izləyə bilərsiniz.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO