Qadını fotoları ilə şantaj edən şəxs SAXLANILDI

Qadını fotoları ilə şantaj edən şəxs SAXLANILDI

Hazırda oxunan: Qadını fotoları ilə şantaj edən şəxs SAXLANILDI

243259

“Vaxtında de ki, polis xilas eləsin. Çünki hər bir fakt başqa hadisəyə yox, daha ağır fəsadlara səbəb ola bilər. Xüsusilə qadınlar diqqətli olmalıdır. Necə ki Sumqayıtda fotoları ilə şantaj olunan qadını son anda polis qoruyub”.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.

E. Hacıyev qeyd edib ki, təhlükəli əməl o həddə çatıb ki, 26 yaşlı N.Kərimov 39 yaşlı qadının sosial şəbəkələrdə barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib müəyyən miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirib:

“Ancaq qadının ondan tələb etdikcə pul verdiyini görən şəxs məbləğləri artırmağa başlayıb, dayanmayıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO