DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə yeni direktor təyin olunub.
Bizim.Media xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Elnarə Məmməd qızı Ənsari gətirilib.
Qeyd edək ki, Elnarə Ənsari daha əvvəl nazirliyin tabeliyindəki bir sıra qurumlarda fəaliyyət göstərib.
O, Azərbaycan Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Bizim.Media